PDF Oxu

Dünya

  • 1 000

Pakistanda sel suları min nəfərdən çox adamın həyatına son qoyub

Pakistanda sel suları min nəfərdən çox adamın həyatına son qoyub

"Pakistan Observer" nəşrinin yazdığına görə, Pakistanda sel sularından həlak olanların sayı min nəfəri keçmişdir. Yerli Uşaqların Hüququnu Müdafiə Cəmiyyəti (SPARC) yardım üçün BMT-yə müraciət etmişdir. SPARC nümayəndəsi Kaşif Bacir hadisə yerinə çoxsaylı xilasedicilərin və donorların gəlməsinin vacib olduğunu bildirmişdir. O, çoxlu sayda qaçqınların yığışmış olduqları Karaçi və Heydərabad şəhərlərində əlavə çadır düşərgələrinin qurulmasının vacibliyini vurğulamışdır. Xilasedicilər əhalini xilas etmək üçün xüsusi vasitələr əldə etməkdə çətinlik çəkirlər ki, bu da əhali tərəfindən narazılıqla qarşılanmışdır. Bu məqsədlə sentyabrın 14-də 80 nəfərədək adam Heydərabad şəhər yolunu bağlayaraq, hakimiyyət dairələrindən əlavə yardım istəmişlər. Sentyabrın 13-nə olan məlumata görə, təbii fəlakətin baş verdiyi Sind əyalətində 226 nəfər həlak olmuşdur ki, onların 34 nəfəri körpələrdir. Ölkənin bütün ərazisində baş vermiş təbii fəlakətdən 5,3 milyon nəfər zərər çəkmiş və 1 milyonadək ev dağılmışdır.

Digər xəbərlər