PDF Oxu

Dünya

  • 1 146

ABŞ-ın RƏM qurğusu Türkiyədə quraşdırılacaq

ABŞ-ın RƏM qurğusu Türkiyədə quraşdırılacaq
"Todays Zaman" qəzetinin yazdığına görə, Ankara və Vaşinqton sentyabrın 14-də NATO-nun raket əleyhinə müdafiə qurğularını Türkiyə ərazisində yerləşdirmək üçün memorandum imzalamışdır. Radiolokasiya stansiyası Türkiyənin cənubi-qərbində Suriya sərhədi yaxınlığında yerləşən Malatya şəhərində quraşdırılacaqdır. "Röyters" agentliyinin məlumatına görə, ABŞ bir gün əvvəl RƏM qurğularını Rumıniyada quraşdırmaq üçün bu ölkə rəhbərliyi ilə razılıq əldə etmişdir.
2011-ci ilin axırlarınadək RƏM-in mobil sistemi Türkiyə ərazisində yerləşdiriləcəkdir. Radar qurğusu Avropanın NATO RƏM sisteminə uyğun olacaq və onun vasitəsi ilə İran ərazisindən havaya qalxan raketlərə nəzarət ediləcəkdir. Türkiyədəki RƏM qurğusu Amerika kreyserlərinə yaxınlaşmaqda olan təhlükə haqda məlumat ötürmək qabiliyyətində olacaqdır. NATO İran raketlərindən müdafiə sistemini 2010-cu ildə Lissabon sammitində qəbul etmişdir.
Sentyabrın 13-də ABŞ dövlət katibi Hillari Klinton və Rumıniyanın xarici işlər naziri Teodor Bakonski NATO-nun RƏM qurğularının Rumıniya ərazisində yerləşdirmək üçün razılıq əldə etmişdir. RƏM-in mobil batareyaları Rumıniyanın Deveselu hərbi bazasında yerləşdiriləcəkdir. Bundan başqa, ABŞ Rumıniya sahillərinə üzərində raketdən müdafiə qurğuları olan bir neçə kreyser göndərəcəkdir. RƏM qurğularının Türkiyə və Rumıniyada quraşdırılması 2015-ci ildə başa çatacaqdır. 2018-ci ildə NATO-nun RƏM sistemi Polşada yerləşdiriləcəkdir.

Digər xəbərlər