PDF Oxu

Dünya

  • 925

“Taliban” və NATO nümayəndələri tvitterdə danışıb

“Taliban” və NATO nümayəndələri tvitterdə danışıb
Əfqanıstanda Təhlükəsizliyə Yardım edən Beynəlxalq Qüvvələrin (İSAF) nümayəndələri və "Taliban"çılar tvitter vasitəsi ilə bir-biriləri ilə fikir mübadiləsi aparmışlar. Qarşıduran tərəflərin bu dialoqunu Britaniyada çıxan "Qardian" qəzeti üzə çıxarıb yaymışdır.
İlk olaraq, danışığa İSAF nümayəndəsi başlamışdır. Xatırladırıq ki, bu təşkilat NATO egidası altında çıxış edir. O, sentyabrın 13-də Kabulun mərkəzində gedən 20 saatlıq döyüşü bu cür şərh edir: "Taliblər deyirlər ki, xarici ölkə qoşunlarının Əfqanıstandan çıxarılması qarşısıalınmazdır. Maraqlıdır, görəsən, terrorçular günahsız əfqanlara hələ bundan sonra nə qədər zərər vuracaqlar?"
NATO məmurunun sualı tezliklə cavablandırıldı. Tvitterdə özünü "Əfqanıstanın islam əmiri" adlandıran Əbdülqahar Balk adlı birisi bu cavabı yazmışdır: "Düzü, bilmirəm. Son on il ərzində siz bütöv kəndləri və bazarları məhv edərək, çox təhlükələr törətmisiniz. Hələ bir qudurğanlığınız da çatır ki, təhlükədən danışırsınız?!"
İSAF nümayəndəsi bu sualı belə cavablandırmışdır: "Yaxşı görək! UMAMA (Əfqanıstanın Bərpa edilməsinə Yardım üzrə BMT Missiyası) təsdiq edir ki, həlak olan dinc əhalinin 80 faizini siz məhv etmisiniz."
Abdulqahar Balk özünü itirməmişdir: "Bəs UMAMA-nı kim idarə edir: siz, yoxsa biz?" Talib UMAMA və İSAF-ın, faktik olaraq, eyni şəxslər tərəfindən idarə olduğuna işarə edir.
Tvitterdə danışıq bununla da başa çatır. Həmin 20 saatlıq döyüş nəticəsində 11 nəfər həlak olmuş, 17 nəfər isə yaralanmışdır. Taliblər 6 nəfər itki vermişdir.

Digər xəbərlər