PDF Oxu

Dünya

  • 1 396

Dominik Stross-Kan president seçkilərində iştirak etməyəcək

Dominik Stross-Kan president seçkilərində iştirak etməyəcək

Sentyabrın 18-də "TF1" Fransa telekanalına müsahibə verən Dominik Stross-Kan Fransanın prezident seçkilərinə öz namizədliyini irəli sürməyəcəyini bəyan etmişdir. Dünya Valyuta Fondunun keçmiş başçısı olan Stross-Kan seksual qalmaqalda ittiham edildikdən sonra tutduğu postu tərk etmişdir. O, azadlığa buraxıldıqdan dərhal sonra ilk rəsmi çıxışında demişdir: "Mən, həqiqətən də, prezident olmaq istəyirəm. Ancaq seçkilərə namizədliyimi irəli sürmək istəmirəm." Stross-Kan Sosialist Partiyasının praymerizinə müdaxilə etməyəcəyini bildirmişdir. O, siyasi karyerasını davam etdirmək üçün düşünməyə vaxt istədiyini vurğulamışdır.

Stross-Kan xidmətçi Nafissata Diallo ilə cinsi əlaqəsinin "əxlaqi səhv" olduğunu, ancaq onu zorlamadığını bildirmişdir. O, fransız jurnalisti Tristan Banonu zorlaması haqda ittihamı rədd etmişdir. Bu cür hadisələrdə adının hallandırılmasına baxmayaraq, sosialistlər həmkarlarının 2012-ci ildə keçiriləcək Fransa prezident seçkilərində namizədliyini irəli sürəcəyəni gözləyirdilər. Üzərinə qoyulan ittihamlar avqustun axırlarında götürülsə də, ekspertlər Stross-Kanın siyasi gələcəyindən ehtiyatla danışdığını bildirirlər.

İyunun 28-də Sosailist Partiyasının lideri Martin Obri Fransanın prezident seçkilərinə namizədliyini irəli sürəcəyini bildirmişdir. Prezident seçkilərində Seqolen Ruayal və onun keçmiş əri və partiyanın keçmiş birinci katibi Fransua Olland da dövlət başçısı keçirmək uğrunda mübarizə aparacaqlar. Sosialistlər arasında bu şəxsin reytinqinin yüksək olduğu bildirilir. Sosialistlər Partiyasının praymerizi 2011-ci ilin oktyabrında keçiriləcək.

Digər xəbərlər