"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 18-də Almaniya Xristian-Demokrat Birliyi (XDB) Berlin parlament seçkilərində uğursuzluqla üzləşmişdir. Ölkənin "ARD" telekanalı exit-pollun nəticələrini bəyan etmişdir. Exit-poll seçkilərdə Almaniya Sosial-Demokratlar Partiyasının (SDP) lideri və Berlin meri Klaus Voveraytın 29,2 faiz səs toplamaqla qalib gələcəyini təxmin etmişdir. Bu reytinqdə Almaniya federal kansleri Angela Merkelin başçılıq etdiyi XDB 23,4 faiz seçici səsi qazanmışdır. "Yaşıllar" 17,9, "Sollar" isə 11,5 faiz səs toplamışdır.
Exit-pollun reytinqdə Almaniya Dəniz Quldurları Partiyası 8,6 faiz səs qazanmışdır. Bu partiya öz tarixində ilk dəfə olaraq, regional parlamentə daxil ediləcəkdir. XDB-nin koalisiya üzrə həmkarı Azad Demokratlar Partiyası 1,8 faiz səs toplayaraq, 5 faizli baryeri aşa bilməmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...