PDF Oxu

Dünya

  • 1 035

Ankara İsrailin NATO-ya yaxınlaşmasına mane olub

Ankara İsrailin NATO-ya yaxınlaşmasına mane olub

Türkiyədə nəşr olunan "Today’s Zaman" qəzetinin yazdığına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu təmsilçisi olduğu ölkənin İsrailə NATO-nun mənzil-qərargahında tamhüquqlu nümayəndəlik statusu verilməsinə maneçilik törətmişdir. O, bu cür halın baş verəcəyi təqdirdə, Türkiyənin öz veto statusundan istifadə edəcəyini bildirmişdir. Ə.Davudoğlu qəzetə sentyabrın 18-də müsahibə versə də, İsrail məsələsinin blokadaya alınması 2011-ci ilin yazında baş vermişdir.

İsrailin NATO ilə əməkdaşlığı 1994-cü il təşəbbüsü dairəsində NATO-ya daxil olmayan 6 Yaxın Şərq ölkəsi daxilində baş tutmuşdur. 2011-ci ilin əvvəllərində İsrail hökuməti onun üçün Brüsseldə NATO-nun tam nümayəndəliyinin olmasını münasib hesab etdiyini bəyan etmişdir. Ancaq alyansın aprelin 14 və 15-də Berlində keçirilən sammitində Türkiyə hökuməti bəyan etmişdir ki, İsrailin NATO-ya rəsmi surətdə daxil olmasına qarşı öz veto hüququndan istifadə edəcəkdir. Nəticədə, İsrail tərəf geri çəkilməli olmuşdur. O vaxt Türkiyənin diplomatik dairələri Ankaranın bu qərarının İsrailin NATO-ya yaxınlaşması təşəbbüsünə son cavabı olmadığını bildirmiş və hadisələrin siyasi gedişindən asılı olaraq, Türkiyənin mövqeyinin dəyişə bələcəyini vurğulamışlar.

Keçmiş müttəfiqlər olan Türkiyə və İsrailin arasındakı münasibətlər İsrailin xidmət orqanlarının 2010-cu ilin mayında "Azadlıq Donanması"na hücumu ilə pisləşməyə başlamışdır. Xatırladırıq ki, İsrail əsgərlərini "Mavi Mərmərə"yə hücumları zamanı 9 nəfər Türkiyə vətəndaşı həlak olmuşdur. Bundan sonra Ankara bütün diplomatik rıçaqlardan istifadə edərək, İsrailə təzyiq göstərməyə başlamışdır.

Cari ilin 17 sentyabrında Ə.Davudoğlu Türkiyənin konfliktin həll edilməsində ABŞ prezidenti Barak Obamanın vasitəçiliyinə ehtiyacı olmadığını bəyan etmişdir.

Digər xəbərlər