PDF Oxu

Dünya

  • 1 217

Meksikada saat yarım ərzində həbsxanalardan 3 kütləvi qaçış müşahidə edilib

Meksikada saat yarım ərzində həbsxanalardan 3 kütləvi qaçış müşahidə edilib

"CNN" informasiya agentliyinin Meksika redaksiyasının yaydığı məlumata görə, sentyabrın 19-da Meksikanın Verakus ştatında bir saat yarım ərzində həbsxanalardan üç kütləvi qaçış müşahidə edilib. Nəticədə 32 məhbus azadlığa qovuşub. Məhbusların 16-sı Amatlan, 12 məhbus Koatsakoalkos, 4 məhbus isə Kasamaloapane bələdiyyəsinə məxsus həbsxanalardan qaçıb. 12 saat ərzində hakimiyyət dairələri 14 məhbusu tuta bilib. Əvvəllər kütləvi qaçışlar Meksikanın Tamaulipas ştatının həbsxanalarından olub. 2010-cu ilin yanvar və 2011-ci ilin mart ayları arasında bu ştatın həbsxanalarını 400-dək məhbus tərk edib. Onların böyük əksəriyyəti "Zetas" narkotika kartelinin üzvləri olub.

Digər xəbərlər