PDF Oxu

Dünya

  • 797

İsrail Mahmud Abbasa birbaşa danışıqlara qoşulmağı təklif edib

İsrail Mahmud Abbasa birbaşa danışıqlara qoşulmağı təklif edib

"BBC Nyus" informasiya agentliyinin sentyabrın 20-də yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyahu Fələstin prezidenti Mahmud Abbası "birtərəfli addımlar atmağa vaxt sərf etmədən" birbaşa danışıqları bərpa etməyə çağırıb. "Mən Fələstin başçısını Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyası dairəsində birbaşa danışıqlar aparmağa çağırıram. Biz sonralar bu danışıqları Yerusəlimdə və Ramallada davam etdirə bilərik" - deyə B.Netaniyaqu bildirib. Xatırladırıq ki, İsrail və Fələstin arasında danışıqlar 2010-cu ildə dayandırılıb. "BBC Nyus"un məlumatına görə, İsrail tərəfin qarşı tərəfə etdiyi bu təklif M.Abbasın BMT çərçivəsində Fələstin dövlətinə 1967-ci il sərhədləri hüdudunda müstəqilliyinin tanınması planı əleyhinədir. M.Abbas sentyabrın 23-də BMT-nin Baş Assambleyasında çıxış etdikdən sonra, Fələstin dövlətinin müstəqilliyi haqda məktubu təşkilatın baş katibi Pan Gi Muna təqdim edəcəkdir. BMT-nin baş katibinin təklifi dəstəkləyəcəyi təqdirdə, Fələstin dövlətinin müstəqilliyinin tanınması məsələsinə BMT-nin Təhlükəsizlik Şurasında baxılacaqdır. ABŞ prezidenti Barak Obama əvvəlcədən bəyan edib ki, BMT TŞ-də Fələstinin müstəqilliyi məsələsinin səsverməyə təqdim ediləcəyi təqdirdə, o özünün veto hüququndan istifadə etməli olacaqdır. ABŞ prezidenti belə hesab edir ki, Fələstin Muxtariyyətinin müstəqilliyi məsələsi yalnız İsraillə Fələstin arasında keçirilən birbaşa danışıqlarda öz həllini tapmalıdır.

Digər xəbərlər