PDF Oxu

Dünya

  • 1 004

Angela Merkel Türkiyənin AB üzvlüyü əleyhinə çıxış edib

Angela Merkel Türkiyənin AB üzvlüyü əleyhinə çıxış edib

"Augsburg Allgemeine" qəzetinin yazdığına görə, Almaniya kansleri Angela Merkel Türkiyənin Avropa Birliyinə qəbul olunması əleyhinə çıxış edib. Almaniyanın hökumət başçısı Türkiyənin AB-yə tamhüquqlu üzvü kimi qəbul olunmasına etirazını bildirib, ancaq Ankara və Berlinin əməkdaşlıq əlaqələrini davam etdirməsinin vacibliyini vurğulayıb.

Sentyabrın 20-də Almaniyada Angela Merkellə Türkiyə prezidenti Abdullah Gülün görüşü keçirilib. "DW World" nəşrinin məlumatına görə, A.Gül Türkiyənin AB-yə qəbul olunması üçün AFR hökumətindən dəstək istəyib. Sentyabrın 19-da A.Gül və Almaniya prezidenti Kristian Vulf arasında görüş keçirilib. Görüş AFR və Türkiyə arasında əmək mühacirləri haqqında razılaşma sənədinin 50 illiyinə həsr edilib. Görüş zamanı A.Gül Almaniyanın Türkiyə vətəndaşlarına münasibətdə viza rejimini kəskin tənqid atəşinə tutub. Türkiyə prezidenti Almaniya ərazisinə qədəm qoymuş türk vətəndaşlarından alman dilini bilmələri haqda tətbiq edilən test sistemini bəyənmədiyini bildirib. O, Türkiyə vətəndaşlarının Almaniyada daimi yaşamaq üçün gəldiklərini bildirib və dili də sonralar öyrənməyin mümkünlüyünü vurğulayıb. K.Vulf, öz növbəsində, Türkiyəni "Almaniya üçün ən yaxın dost ölkə" adlandırıb, ancaq AFR ərazisində yaşayan şəxslərin hamısının alman dilini bilmələrinin vacibliyini qeyd edib. A.Gül Almaniya prezidenti ilə görüşdükdən sonra, Humboldt adına Berlin Universitetində tələbələr önündə terrorçuluqla bağlı mühazirə söyləyib. Təhsil ocağına partlayıcı qurğu qoyulduğu haqda məlumat verilsə də, xüsusi xidmət orqanı əməkdaşları məlumatın yanlış olduğunu müəyyən edib.

Digər xəbərlər