"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 20-də Afrika Birliyi Liviyanın yeganə qanuni hökuməti olan Milli Keçid Şurasını tanıyıb. Birlik üzvləri yeni Liviya hökumətini ölkə ərazisində olan Afrika mənşəli olan zənci fəhlələri Müəmmər Qəddafinin silahlı tərəfdarlarının təqibindən qorumağa çağırıb. Bu çağırış Liviyada qaradərili mühacirlərin istintaqsız-məhkəməsiz qətlə yetirilmələri fonunda səslənib.
Xatırladırıq ki, Afrika Birliyi uzun müddət müxalifətçilərlə qarşıdurma vəziyyətində olan M.Qəddafini dəstəkləyib. Bu təşkilat bir vaxt M.Qəddafinin hakimiyyətdə saxlanılması ilə Liviya konfliktinin nizama salınması planını təklif də edib. Hətta Tripoli ələ keçirildikdən sonra da, Avropa Birliyi M.Qəddafi əleyhdarlarını qanuni hökumət nümayəndələri kimi tanımaq istəmirdi. Birliyin bu təkidinin səbəbi qurumun M.Qəddafinin təşəbbüsü əsasında yaradılması ilə əlaqədardır. Avropa Birliyi təşkilatının yaradılması ilə əlaqədar deklarasiya 1999-cu ilin sentyabrında M.Qəddafinin doğulduğu Sirt şəhərində imzalanmışdır. Hazırda M.Qəddafi əleyhdarları bu şəhəri üzük qarşı kimi əhatəyə alıb və oraya hücum etməkdə davam edirlər. Bani-Valid şəhəri də, hələlik, M.Qəddafi tərəfdarlarının əllərində qalmaqdadır.