PDF Oxu

Dünya

  • 990

Latviyanın qeyri-vətəndaşlarına özlərini “işğalçı xələfləri” kimi tanımaq təklif edilib

Latviyanın qeyri-vətəndaşlarına özlərini “işğalçı xələfləri” kimi tanımaq təklif edilib

"DELFE" informasiya agentliyinin yaydığı məlumata görə, Latviya Universitetinin professoru İnesis Feldmanis belə bir bəyanat verib ki, Latviya əhalisinin kifayət qədər böyük hissəsi özünü "işğalçı xələfləri" hesab etməlidir. Burada söhbət Latviyanın qeyri-vətəndaşlarından gedir. Ölkədə 300 minədək qeyri-vətəndaşlar yaşayır. Onlar sovet dövrlərində Latviyaya köçürlər və burada doğulmuş övladlarına vətəndaşlıq statusu verilməyib. Ancaq professor Latviya vətəndaşlarının bir qismini də bu siyahıya daxil edir. Beləliklə, məlum olur ki, hazırda Latviyada "700 minədək işğalçı vətəndaş" nəsli yaşayır.

İ.Feldmans yaxın vaxtlarda yaranmış Latviya-Rusiya Tarixçilər Komissiyasının həmsədridir. Bu cür strukturun yaradılması Latviya və Rusiya prezidentlərinin 2010-cu il dekabr görüşlərindən sonra gündəliyə gətirilib. Komissiyanın başlıca məqsədi Latviya və Rusiya tarixini mübahisəli qarşılıqlı münasibətlərini araşdırmalıdır. Komissiya oktyabr və noyabr aylarında işə başlaycaq. Onlar üçün qapalı sənədlər arxivi açılacaq.

İ.Feldmanis komissiyanın məşğul olacağı başlıca mövzulardan birinin də, "işğal" mövzusu olacağını bildirir: "Biz bu mövzudan imtina etməyəcəyik. İşğal ölkəmizin tarixinin qırmızı xəttini təşkil edir."

Digər xəbərlər