"Əl-Cəzirə" telekanalının məlumatına görə, on minlərlə adam Fələstin dövlətinin 1967-ci il sərhədləri hüdudunda BMT-də tanınmasını dəstəkləyərək, İordan çayının Qərb sahilindəki şəhərlərdə mitinqə çıxıb. "Haaratez" qəzetinin yazdığına görə, Ramalla şəhərində bir qrup gənc ABŞ prezidenti B.Obamanın BMT-nin Baş Assambleyasının sessiyasında ifadə etdiyi kəskin fikirə görə, ABŞ bayrağını yandırmağa cəhd etsə də, digər mitinqçilər bunun qarşısını alıb. Mitinqin keçirilməsi ilə əlaqədar Fələstin administrasiyası sentyabarın 21-ni istirahət günü elan edib. Bu da mitinqçilərin sayının artmasına səbəb olub. Mitinqlər dinc xarakterdə keçirilir və heç bir insident müşahidə edilməyib. Bununla yanaşı, İordan çayının Qərb sahilində mövqe tutan İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...