PDF Oxu

Dünya

  • 1 034

Mahaçqala partlayışlarında xəsarət alanların sayı 61 nəfərə çatıb

Mahaçqala partlayışlarında xəsarət alanların sayı 61 nəfərə çatıb

Sentyabrın 22-nə keçən gecə Mahaçqalada baş vermiş iki partlayış nəticəsində xəsarət alanların sayı 61 nəfərə çatıb. Onlardan bir nəfərinin həlak olduğu bildirilir. Məlumatı Dağıstanın hüquq-mühafizə orqanının əməkdaşlarına əsaslanan "RİA-Novosti" informasiya agentliyi yayıb. Bir müddət əvəl 21 nəfərin xəsarət aldığı bildirilirdi. Agentlik müsahibinin dediyinə görə, yaralananlardan 44 nəfəri polis əməkdaşıdır. İkisi mülki şəxs, bir nəfəri isə polis əməkdaşı olan üç nəfərin vəziyyəti olduqca ağırdır. Mahaçqalanın mərkəzində yerləşən Daxili İşlər Nazirliyinin yaxınlığında iki avtomobil partladılmışdır. İlk partlayış gecə saat 1 radələrində, ikincisi isə 15 dəqiqə ondan sonra baş verib. İkinci avtomobildə trotil ekvivalentinin miqdarı 40 kiloqrama yaxın olub.

Digər xəbərlər