Sentyabrın 21-də Yerevanda keçirilmiş və Ermənistanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş hərbi parad silah və hərbi texnika sahəsində qüvvələrin regional tarazlığı barədə indiyədək mövcud olmuş təsəvvürlərdə bəzi təshihlər etmişdir. Bu barədə Yerevanda keçirilmiş hərbi parada həsr olunmuş məqalədə deyilir.
"Regnum" agentliyi paradda nümayiş etdirilən hərbi texnikanı və silahlı sistemləri təhlil edərək, belə qənaətə gəlmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin yayda keçirilmiş paradı daha yüksək təəssürat oyatmışdır. Agentlik yazır ki, hərbi-hava qüvvələri baxımından Ermənistan Azərbaycandan geri qalır: "Döyüş təyyarələri sırasında xüsusi yeniliklər nümayiş etdirilməmişdir. Respublika meydanı üzərində CY-25 hücum təyyarələri, Mi-24 və Mi-8 vertolyotları dövrə vurmuşdur. Bu baxımdan döyüş təyyarələri üzrə qüvvələrin regional tarazlığı Azərbaycanın xeyirinədir". Məqalədə deyilir ki, son illərdə Azərbaycanın aldığı CY-25 və MiQ-29 təyyarələri səmada ona böyük üstünlük verir: "Hazırda Azərbaycan regionda müasir qırıcı təyyarələri olan yeganə ölkədir". Agentlik pilotsuz təyyarələrdən bəhs edərək yazır ki, Azərbaycanın bu sahədə dünyada lider sayılan İsraildə istehsal edilmiş casus təyyarələri, Ermənistanın isə öz yerli istehsalı olan "Krunk" pilotsuz təyyarələri vardır. Zenit-raket kompleksinə gəldikdə isə, məqalənin müəllifi qeyd edir ki, Azərbaycan bu sahədə üstünlüyə malikdir. Bu sahədə də qüvvələrin tarazlığı Azərbaycanın xeyirinə dəyişir. Çünki Azərbaycanın "Smerç", habelə, "Uraqan" tipli zenit-raket kompleksi vardır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...