PDF Oxu

Dünya

  • 998

Rəcəb Tayyib Ərdoğan: “Azərbaycan torpaqlarının uzun illərdir haqsız işğal altında qalmasına artıq son qoyulmalıdır”

Rəcəb Tayyib Ərdoğan: “Azərbaycan torpaqlarının uzun illərdir haqsız işğal altında qalmasına artıq son qoyulmalıdır”

Azərbaycan torpaqlarının uzun illərdir haqsız işğal altında qalmasına artıq son qoyulmalıdır. Bu sözləri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin 66-cı sessiyasında çıxışı zamanı demişdir.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini bildirmiş, bu haqsız işğala son qoyulmasının vacibliyini vurğulayaraq demişdir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması əsla qəbul edilə bilməz. Beynəlxalq problemlərin qanqrena halına gəlmədən həll yolunun tapılması hamımızın siyasi və əxlaqi məsuliyyətimizdir".

Türkiyənin Baş naziri bəyan etmişdir ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsi tez bir zamanda həll olunmalı, Dağlıq Qarabağla bağlı vəziyyətə aydınlıq gətirilməlidir.

Digər xəbərlər