"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 25-də Fransada keçirilən seçkilərdə müxalifətçi sol partiyaları Senatda əksər səs çoxluğu qazanıblar. Fransa Sosialist Partiyasının Senat şöbəsinin başçısı Jan-Pyer Belin dediyinə görə, seçkilərdə Senatdakı 348 yerdən 170-nin taleyi həll edilirdi və sol koalisiya 24-dən 26-dək əlavə mandat qazanmağa nail oldu. Onun fikrincə, bu nəticə sollara parlamentin yuxarı palatasında əksər səs çoxluğu qazandıracaq.
Agentlik qeyd edir ki, sol partiyalar 1958-ci ildə Beşinci Respublikanın əsası qoyulduqdan sonra, ilk dəfə olaraq, Senatda əksər səs çoxluğu qazanıblar. Müşahidəçilərin fikrincə, səsvermənin nəticələri 2012-ci ilin mayında keçiriləcək prezident seçkilərindən əvvəl sosialistlərin mövqelərini xeyli möhkəmləndirəcək.
Fransa prezidenti Nikolya Sarkozini müdafiə edən sağ mərkəzçi "Milli Hərəkat Uğrunda İttifaq" partiyasının lideri Jan-Fransua Kope seçkinin nəticələrini "ümidləri doğrultmayan olay" kimi qiymətləndirib, ancaq bu halın sürpriz olmadığını qeyd edib. İndiyədək, Fransa prezidenti administrasiyası seçki ilə bağlı heç bir şərh verməyib. Fransa Senatına seçkilər birbaşa sxemlə keçirilmir. Burada namizədlərə adi seçicilər yox, şəhər merləri və yerli parlamentlərin deputatları səs verir. Seçkilərdə 72 minə yaxın seçici iştirak edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...