"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 26-na keçən gecə hökumət qoşunları Suriyanın mərkəzi hissəsində yerləşən Rastan şəhərini mühasirəyə alıblar. Şahidlərin dediklərinə görə, əsgərlər zirehli maşınlardan şəhərə aramsız atəş açıblar. Sentyabrın 26-da səhər 3 nəfərin öldürüldüyü bildirilir.
Agentlik qeyd edir ki, avqustun axırlarında Rastan şəhəri yaxınlığında yerləşən ordu hissələrinin birindən şəhər əhalisinin üsyanının boğulmasında iştirak etmək istəməyən 9 nəfər qaçıb. Hökumət qoşunları şəhəri atəşə tutmalarının səbəbini 9 fərarinin axtarılması ilə əlaqələndirir.
2011-ci ilin martında Suriyada keçirilən kütləvi nümayişlərdə əhali prezident Bəşər Əsədin istefasını və ölkədə yeni siyasi islahatların keçirilməsi tələbi ilə çıxış edib. Suriya hökuməti etiraz aksiyalarının yatırılması üçün sərt tədbirlər görür. Hüquq- müdafiə təşkilatlarının məlumatlarına görə, ötən 6 ay ərzində ölkədə 2,7 min nəfərədək insan həlak olub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...