PDF Oxu

Dünya

  • 1 024

Türkiyə “Azadlıq Donanması”nda aparılan əməliyyatın iştirakçılarının adlarını açıqlayıb

Türkiyə “Azadlıq Donanması”nda aparılan əməliyyatın iştirakçılarının adlarını açıqlayıb

Türkiyədə nəşr edilən "Sabah" qəzetinin yazdığına görə, Türkiyə hökuməti 2010-cu ilin mayında "Azadlıq Donanması"nda keçirilən əməliyyatda iştirak edən 174 nəfər yəhudinin adını açıqlayıb.

Qəzet yazır ki, bu şəxslərin hamısının hücum əməliyyatında əli olub. "Sabah" qəzetinin məlumatına görə, donanma saxlanılarkən Türkiyə kəşfiyyatının apardığı ciddi analizlərdən sonra bu nəticələr alınmışdır. Əməliyyatda iştirak edənlər içərisində İsrail əsgərləri ilə yanaşı, həm də zabitlərin, generalların, o cümlədən, baş nazir Binyamin Netaniyaqu və prezident Şimon Peresin də adları çəkilir. "Sabah" qeyd edir ki, hazırda siyahı ilə Türkiyə prokurorluğu məşğul olur. Məlumatlar dəqiqləşdirildikdən sonra, əməliyyatda iştirak edən konkret şəxslər əleyhinə cinayət işi qaldırılacaqdır. Ankaranın şübhəli bilinənlər haqda beynəlxalq order verəcəyi təqdirdə, həmin şəxslərin bir ölkədən digərinə keçidi kifayət qədər çətinləşəcəkdir.

Digər xəbərlər