"Sueddoyç Zaytunq" qəzetinin yazdığına görə, Berlin sosial-demokratları torpaq üzrə parlamentdə "Yaşıllar" partiyası ilə koalisiya yaratmaq qərarına gəliblər. Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) üzvü, Berlin meri Klaus Voveraytın dediyinə görə, "qırmızı-yaşıl" alyans Almaniya paytaxtının bir neçə problemini eyni vaxtda həll etmək qüdrətində olacaq. Mer "Yaşıllar"ın alyansda edə biləcəyi köməyin bir neçə nümunəsini misal çəkib. Onun dediyinə görə, "Yaşıllar" Berlin aeroportunun genişləndirilməsi və Berlini Noyklen bölgəsi ilə birləşdirən A100 yolunun tikintisini davam etdirməkdə böyük yardım edə bilər. Hazırda yolun çəkilməsinin dayandırılması ekoloqların etiraz çıxışları ilə əlaqədardır. Ekoloqların fikrincə, magistral yol çəkilişinin dayandırılması ərazidə ekoloji vəziyyət üçün mürəkkəbliklər yaradacaqdır. Ancaq "Yaşıllar"ın ASDP ilə eyni koalisiyada birləşməsi bəzi konflikt məsələlərdə kompromis həll variantı tapmalarına kömək edəcək. Yol çəkilişinə ayrılan vəsaitin bir hissəsi trassın müəyyən yerlərinə səs izolyasiya qurğuları qoyulmasına sərf ediləcək. Bu məsələ ilə əlaqədar son qərar sentyabrın 30-da ekoloji konvensiya zamanı qəbul ediləcək.
Əvvəllər ASDP-çilər Berlinin torpaq üzrə parlamentində "Sollar"la bir koalisiyada təmsil olunurdular. Ancaq sentyabrın 18-də keçirilən torpaq seçkilərində alyans səs çoxluğunu itirmişdi. Bu səbəbdən sosial-demokratlar yeni həmkarlar axtarmağa başlamışlar və seçimlərini Angela Merkelin Xristian-Demokratik Birliyinin (XDB) üzərində yox, "Yaşıllar" üzərində saxlamışlar.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...