PDF Oxu

Dünya

  • 1 196

Filippində 50 min nəfər evakuasiya edilib

Filippində 50 min nəfər evakuasiya edilib

"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 26-da Filippində tüğyan etməkdə olan güclü "Nesat" tayfunu özü ilə birgə leysan yağışlar gətirib. Nəticədə, bir çox müəssisələrdə iş dayandırılıb, evlərdəki elektirik enerjisi kəsilib. Hakimiyyət dairələri 112 min nəfər mərkəzi əyalət sakinlərinə evlərini tərk etməyi məsləhət görüblər. Hazırda 50 min nəfərdən çox adam hökumətin təklifini qəbul edib, evlərini tərk etmişdir. Onlardan bir çoxu xüsusi evakuasiya mərkəzlərində yerləşdirilib. İndiyədək bir nəfərin həlak olduğu və iki nəfərin yaralandığı haqda məlumat verilib. Dörd balıqçı rəsmi olaraq, itkin düşmüş hesab edilib. Hakimiyyət dairələri yaxın vaxtlarda qurbanların artacağından ehtiyat edir.

Təbii fəlakətin başlaması ilə Manilada hökumət müəssisələri, məktəblər və universitetlər bağlanıb, yerli aeroportlarda bir çox təyyarə reysləri təxirə salınıb. Filippinin ticarət birjası da öz işini dayandırıb.

"Frans Press"in məlumatına görə, hər il Filippində 20-yə yaxın tayfun olur və özü ilə çoxsaylı insan qurbanları aparır. Məlumata görə, "Nesat" tayfunu 2011-ci ilin ən güclü tayfunlarındandır.

Digər xəbərlər