"Ediot Axronot" qəzetinin yazdığına görə, "Əl-Cəzirə" telekanalının Kabul bürosunun başçısı Samir Əlləvi sentyabrın 26-da "HƏMAS"-la əlaqədə İsrail əleyhinə cinayətdə ittiham edilərək həbs edilib.
Hökm S.Əlləvinin istintaqla sövdələşməsinin nəticəsi kimi oxunub. S.Əlləvi İsrailin xüsusi xidmət orqanı əməkdaşlarına etiraf edib ki, 1993-cü ildə "HƏMAS" tərəfindən Pakistana göndərilib və o vaxtdan təşkilatın işində Fələstin və İsrail ərazilərində iş aparıb. 2000-ci ildən etibarən jurnalist "HƏMAS"-ın istənilən əməliyyatında, hətta hərbi əməliyyatlarında da yaxından iştirak edib. S.Əlləvi bu vaxt ərzində "HƏMAS"-ın fəaliyyətini dəstəkləyib, ABŞ və İsrailin Yaxın Şərqdəki siyasətini tənqid edib. S.Əlləvinin həbs müddətinin başa çatdığı elan edilib və ona 1400 dollar məbləğində cərimə kəsilib.
S.Əlləvi avqustun 10-da İordan çayının Qərb sahilindən keçib Əfqanıstandakı qohumlarının yanına getmək istərkən, İsrail hərbçiləri tərəfindən yaxalanıb. O vaxt Nyu-Yorkda yerləşən "Jurnalistlərin Müdafiə Komitəsi" S.Əlləvinin müdafiəsinə qalxmışdı.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...