Terrorçuların ingilis dilli "İnspire" jurnalının yazdığına görə, "Əl-Qaida" terrorçuluq şəbəkəsi İran prezidenti Mahmud Əhmədinejadın 11 sentyabr 2001-ci il terror aktları haqda yalan informasiya yaymasını etirazla qarşılayıb. "Əl-Qaida" terror aktlarında İran prezidentinin ABŞ hökumətini ittiham etməsini və binaların dağıdılmasında guya onların əli olması versiyasını təkzib edib. İran prezidenti keçmiş düşməni olan ABŞ hökumətini dəfələrlə 11 sentyabr terror aktlarının törədilməsində ittiham etmişdir. M.Əhmədinejadın son ittihamı Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyasında səslənmişdir. İran prezidenti avialaynerlərin Ümumdünya Ticarət Mərkəzinə toxunaraq onu dağıtmasına inanmadığını bildirmişdir. Onun fikrincə, bu böyük binanı partlatmaq üçün onun özülünə böyük miqdarda partlayıcı qurğular qoyulmalı idi ki, bunu da Amerikanın xüsusi xidmət orqanları yerinə yetirmişlər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...