Bolqarıstanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş məlumata görə, sentyabrın 27-də Bolqarıstanın bir neçə şəhərində qaraçılar əleyhinə keçirilən etiraz aksiyalarında 168 nəfər həbs edilib. Onların bir çoxu silahlı idi. Nümayişlərdə 2 min nəfərdən çox adam iştirak etmişdi. Ölkənin 14 şəhərində talanlar olub. Sofiya, Plovdiv, Varna və Burqas şəhərlərində küçələrə daha çox nümayişçi çıxmışdı. Həbs edilənlərdən çoxlu miqdarda partlayıcı qurğu, bıçaq, dəyənək, tozsoran borusu və ətdöyən çəkic alınıb müsadirə edilmişdir. "Novinite" xəbərlər agentliyinin məlumatına görə, etiraz aksiyalarında, əsasən, futbol fanatları və sağ radikal hərəkatının nümayəndələri iştirak edib. Nümayişçilərin bir çoxu polis əməkdaşları ilə qarşıdurmaya gedib. Polisin məlumatına görə, saxlanılanlar arasında 10 nəfərədək gənc olub. Agentlik xəbər verir ki, rəqib hücumlarından qorxuya düşən qaraçılar bel, balta, dəyənək götürüb, odlu silaha sarılmışlar. Qaraçılar əleyhinə talanların səbəbi Plovdiv yaxınlığında yerləşən Katunitsa kəndində yaşayan 19 yaşlı Angel Petrovun ölümü olub. Şahidlərin dediklərinə görə, onu avtomobildə Çar Kiro təxəllüsü ilə tanınan qaraçı baronu Kiril Raşkovun köməkçiləri ölümcül döyüblər. İnsident ötən cümə günü baş verib. Ertəsi gün isə qaraçılar əleyhinə etiraz aksiyasına başlanılıb. Həmin vaxt radikal əhvali-ruhiyyəli bir qrup gənc K.Raşkova məxsus bir neçə evi yandırıb. Bazar ertəsi talanlar bütün Bolqarıstanı ağuşuna alıb. "Assoşieyted Press"in məlumatına görə, sentyabrın 27-də Bolqarıstan prezidenti Georgi Pırvanov kütləvi qanun pozuntusu ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının yığıncağının çağırılmasını vacib hesab etdiyini bildirib. Yığıncağın oktyabrın 1-də keçiriləcəyi gözlənilir.
A.Petrovun qətli ilə əlaqədar sükan arxasında olub haqqında söhbət gedən gənci öldürən qaraçı Simeon Esifovu həbs edilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...