"Yerusəlim Post" qəzetinin yazdığına görə, Avropa Birliyinin xarici işlər üzrə ali nümayəndəsi Ketrin Eşton İsrailin Yerusəlimin cənub-şərqində yerləşən Gilo bölgəsində 1100 evdən ibarət mənzil tikməsini tənqid atəşinə tutub. K.Eşton belə hesab edir ki, bu cür addım İsraillə Fələstin arasında dinc danışıqların bərpa olunmasına əngəl törətdiyinə görə, tikinti aparmaqdan imtina etmək lazımdır.
Oxşar bəyanatlarla sentyabrın 27-də ABŞ-ın dövlət katibi Hillari Klinton və Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq çıxış edib. Dövlət başçıları İsrail və Fələstin rəhbərliyini qarşılıqlı təxribat aktlarından çəkinməyə çağırıblar. Bununla yanaşı, U.Heyq adıçəkilən ərazidə yeni yaşayış məskənlərinin tikilməsinin beynəlxalq qanunçuluqla ziddiyyət təşkil etdiyini bildirib.
Bir müddət əvvəl, "Əl-Cəzirə" telekanalı Şərqi Yerusəlimin yəhudi anklavında yeni tikintinin aparılması layihəsini İsrailin Daxili İşlər Nazirliyinin komitələrindən birinin təsdiq etdiyini yayımlayıb. Rəsmi sənəd səsləndirildikdən 60 gün sonra tikintiyə başlanılacağı gözlənilir.
Fələstin hökuməti Şərqi Yerusəlimi öz ərazisi hesab edir. Fələstin tərəf şəhərin bu hissəsini gələcək Fələstin dövlətinin paytaxtı elan etmək niyyətindədir. Fələstin rəsmiləri İordan çayının Qərb sahilində yerləşən bu ərazini və Gilo bölgəsini İsrailin qeyri-qanuni surətdə işğal etdiyini bəyan edir. İsrail tərəf isə Yerusəlimin bölünməzliyi prinsipini irəli sürür və burada tikinti aparmağı qanuni hesab edir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...