PDF Oxu

Dünya

  • 1 223

Misir partiyaları ultimatum irəli sürüblər

Misir partiyaları ultimatum irəli sürüblər

"Röyter" informasiya agentliyinin sentyabrın 29-da yaydığı məlumata görə, Misirin siyasi partiyaları ölkəyə rəhbərlik edən hərbçilərin seçki qanunvericiliyində müəyyən dəyişikliklər etməyəcəkləri təqdirdə, parlament seçkilərini boykot edəcəklərini bildiriblər. "Əl-Cəzirə" telekanalı bu cür bəyanatla sentyabrın 28-də Misirin 60 müxtəlif siyasi yönlü partiyalarının nümayəndələrinin çıxış etdiklərini bildirib. Hazırda ölkənin ən nüfuzlu partiyası hesab edilən "Müsəlman Qardaşlar" partiyası da haqqında söhbət gedən partiyalara qoşulub. "Vafd" partiyasının lideri Səid əl-Bədəvi "Röyters" agentliyinə verdiyi müsahibəsində deyib: "Əgər bazar gününədək onlar bizim tələblərimizi qəbul etməsələr, parlament seçkilərini boykot edəcəyik".

Partiya liderlərinin tələb etdikləri dəyişikliklər parlamentin aşağı və yuxarı palatasına keçiriləcək seçkilərlə əlaqədardır. "Əl-Məsri əl-Youm" qəzetinin qeydinə görə, silahlı qüvvələrin Ali Şurasının təsdiqi ilə siyasi partiyaların namizədləri siyahıda nəzərə alınmış qaydada seçkilərə getməlidirlər. Qəzet parlamentin hər iki palatasının üçdə iki həddində mandat ehtiyatı olduğunu bildirir. Yerdə qalan mandatlar müstəqil namizədlər üçün nəzərdə tutulub. Partiyaların nümayəndələri isə seçkilərə yalnız partiya siyahıları üzrə deyil, həm də müstəqil namizədlər kimi gedəcəklər. Bəyanat müəllifləri belə hesab edirlər ki, bu cür dəyişiklik keçmiş prezident Hüsnü Mübarəkin tərəfdarlarının parlamentdə düşməyəcəklərini şərtləndirəcək.

Silahlı qüvvələrin Ali Şurası parlament seçkilərinə namizədlərin qeydə alınmasının oktyabrın 12-də keçiriləcəyini, seçkilərin isə noyabrın 28-də başlanacağını bəyan edib.


Digər xəbərlər