PDF Oxu

Dünya

  • 1 055

Kamerunun Duala şəhərində qiyam başlayıb

Kamerunun Duala şəhərində qiyam başlayıb

"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 29-da Kamerunun iqtisadi paytaxtı hesab edilən Duala şəhərinin küçələrində əyinlərinə hərbi geyim geymiş silahlı şəxslər atəş açıblar. Onlar 30 il ərzində ölkəni idarə edən prezident Pol Biyanın təcili istefasını tələb edirlər.

Hələlik, hakimiyyət dairələri baş verən hadisələr haqda heç bir şərh vermir. Televiziyanın verdiyi məlumatda vəziyyətin nəzarət altında olduğu bildirilir. Ancaq qiyamçıların kimi təmsil etdikləri və onların məhz kim tərəfindən idarə edildiyi məlum deyil.

Xatırladırıq ki, oktyabrın 9-da Kamerunda növbəti prezident seçkiləri keçiriləcək. Bu seçkidə də P.Biyanın qalib gələcəyi gözlənilir. Prezidentə bu hüququ 2008-ci ildə konstitusiyada edilən dəyişiklik verib. Həmin dəyişikliyə əsasən, ölkə prezidentinin seçilməsi haqqında müddət məhdudlaşdırılmır.

Digər xəbərlər