"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, Boliviya prezidenti Evo Morales Amazonka vadisində avtomobil magistralı tikintisi əleyhinə çıxış edərkən və kobud tərzdə polis tərəfindən dağıdılan nümyaiş iştirakçılarından üzr istəyib.
"Hökumət üzvlərindən heç biri təsəvvürünə belə gətirə bilməz ki, polis əməkdaşları qardaşlarımıza qarşı bu cür qəddarlıq nümayiş etdirsinlər" deyə ölkə prezidenti bildirib. E.Morales deyib ki, Amazonka hindu qəbilələrinin iştirak etdiyi nümayişin dağıdılmasına o, əmr verməyib. Bundan başqa, Boliviya prezidenti baş verən hadisəni hakimiyyət dairələri üçün "həyəcanlı xəbərdarlıq" kimi qiymətləndirib.
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, nümayişin qəddarlıqla dağıdılması ölkənin bir neçə şəhərində kütləvi xalq hərəkatına səbəb olub və nümayişə çıxanlar hökumətin istefası tələbi ilə çıxış ediblər. Nümayişlərdə on minlərlə adam iştirak edib. Nümayişçilərin birinin dediyinə görə, mitinqin bu tərzdə dağıdılması onu göstərir ki, mənşəcə hindu olan E.Morales öz xalqına arxa çevirib.
Avtomobil magistralının tikintisi əleyhinə çıxış edən 1000 nəfərədək hindu qəbiləsi üzvləri avqustun ortalarında paytaxt Beni departamentindən yolun çəkiləcəyi La-Pas şəhərinə doğru piyada gediblər. Xatırladırıq ki, bu şəhər Boliviyanın ən böyük şəhərlərindəndir. Sentyabrın 25-də polis Yukumo şəhərində nümayişçiləri qarşılayaraq, onlara qarşı gözyaşardıcı qaz tətbiq edib. Bir neçə yüz nümayiş iştirakçısı həbs edilib. Nümayişçilərin dediklərinə görə, qarşıdurma zamanı polis dörd nəfəri qətlə yetirsə də, rəsmi dairələr bu informasiyanı təkzib edir. Mitinqçilərin dağıdılması geniş rezonans yaratmış və nəticədə mitinqlər bir neçə gün davam etmişdir. Boliviyanın müdafiə naziri Sesiliya Çakon və daxili işlər naziri Saça Lorenti istefaya gediblər. Nümayiş dağıdıldıqdan sonra, E.Morales yolun çəkilişinin dayandırılacağını və avtomagistral tikintisini Beni və Koçababa departamentlərinin əhalisinin referendumda özlərinin həll edəcəklərini bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...