Frans Press" informasiya agentliyinin sentyabrın 30-da yaydığı məlumata görə, Avstraliya Federal Məhkəməsi keçmiş Yuqoslaviya konflikti zamanı hərbi cinayətlərdə şübhəli bilinən Serbiya əsilli Avstraliya vətəndaşı Draqan Vasilkoviçin Xorvatiyaya ekstradisiya edilməsi qərarını dəstəkləyib. Beləliklə, D.Vasilkoviç 2010-cu ildə qəbul edilmiş ekstradisiya haqda qərarı ləğv etdirməyə nail olmayıb. Avstraliya vətəndaşının ekstradisiya edilməsi haqda qərarı Avstraliyanın xarici işlər naziri Brendan O’Konar qəbul etməlidir. D.Vasilkoviç 28 gün ərzində federal məhkəmənin qərarından Avstraliyanın Ali Məhkəməsinə şikayət ərizəsi göndərə bilər.
1990-cı ilin əvvəllərində Belqrad sakini D.Vasilkoviç Serbiyanın "Alfa" məşq düşərgəsinin şöbələrindən birində təlimatçı kimi xidmət edirdi. Əsir xorvat əsgərləri və dinc əhalinin amansızlıqla qətlə yetirilməsində "Alfa" hərbçiləri təqsirli bilinir. "Kapitan Draqan" təxəllüsü ilə tanınan D.Vasilkoviç ittihamları rədd edir. Müharibədən sonra D.Vasilkoviç mühacir qismində Avstraliyaya getmiş və Pert şəhərində yaşamışdır. 2006-cı ildə o, Zaqrebin iddiası əsasında həbs edilmişdir. Əvvəllər Avstraliya hökuməti D.Vasilkoviçi ekstradisiya etməkdən imtina etmişdi. 2009-cu ildə o, azadlığa buraxılmış və yoxa çıxmışdı. 3-4 gündən sonra onu həbs etmişdilər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...