PDF Oxu

Dünya

  • 1 163

Suriya üsyançıları güc strukturlarının 80 əməkdaşını məhv edib

Suriya üsyançıları güc strukturlarının 80 əməkdaşını məhv edib

"Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, müxalifət tərəfinə keçən "Əl-Xarmuş" Suriya ordu briqadası komandanlığı ölkənin müxtəlif güc strukturlarında 80 nəfəri məhv etdiyini bəyan edib. Üsyançıların dediyinə görə, onlar son günlər ərzində Suriyanın Baş Təhlükəsizlik İdarəsinin, həmçinin, iqtidaryönlü Ələvi hərbi formalaşması olan "Şəbih" dəstəsinin 10-larla əməkdaşını məhv ediblər. Üsyançıların bəyanatı Rastan şəhərində gedən döyüşlər fonunda verilib. Xatırladırıq ki, artıq üçüncü gündür ki, hökumət qoşunları burada üsyançılar tərəfinə keçən "Xalid ben Valid" fərari briqadasının mövqelərini artilleriya atəşinə tutmaqdadır. 1000 nəfərədək üsyançı hökumət qoşunlarına müqavimət göstərməkdədir.

Digər xəbərlər