PDF Oxu

Dünya

  • 949

Avropa Parlamenti Fələstinin müstəqilliyini dəstəkləyib

Avropa Parlamenti Fələstinin müstəqilliyini dəstəkləyib
Avropa Parlamenti Fələstin Milli Administrasiyasının Fələstin dövlətinin müstəqilliyinin tanınması ilə əlaqədar təqdim etdiyi məktubunun legitimliyini bəyan edib. Bu bəyanat Avropa Birliyinin qanunvericilik yığıncağının saytında yerləşdirilib. Qərar sentyabrın 29-da Avropa Parlamentinin yığıncağında qəbul edilib. Qəbul edilmiş əsasnamə layihəsində qeyd edilir ki, Fələstin dövlətinin yaradılması məsələsi İsraillə danışıqların nəticəsi kimi üzə çıxmalıdır.
İsrail sərhədlərinin təhlükəsizlik hüququnun olduğunu qeyd edən Avropa Parlamenti Fələstin Milli Administrasiyasının 1967-ci il sərhədləri çərçivəsində dövlət yaratmaq hüququnu da təsdiqləyib. Əsasnamədə qeyd edilir ki, Yerusəlim hər iki dövlətin paytaxtı olmalıdır. Sərhədlərin birtərəfli qaydada dəyişdirilməsinin heç bir huququ əsası olmadığı göstərilir. Avropa Parlamenti qarşıduran tərəflərə bir il ərzində problemin həllinə açar tapmağı məsləhət görüb. "Yerusəlim Post" qəzetinin yazdığına görə, Avropa Parlamenti deputatları yekdilliklə qərar qəbul ediblər.
Mahmud Abbas Fələstin Milli Administrasiyasının tanınması haqda məktubu BMT-nin baş katibi Pan Gi Muna sentyabrın 28-də təqdim etmişdi. BMT-nin Təhlükəsizlik Şurası sentyabrın 28-də məktuba baxmaq üçün onu xüsusi komitəyə təqdim edib. Kütləvi informasiya vasitələrinin yazdıqlarına görə, Vaşinqton Fələstinin müstəqilliyinin əleyhinə çıxır. BMT TŞ-də məsələnin süquta uğrayacağı təqdirdə, Fələstin tərəf məktubu BMT-nin Baş Assambleyasına qaytaracaq. Çünki bu təşkilatın üzvlərinin əksəriyyəti Fələstinin müstəqilliyini dəstəkləyir. Bu halda Fələstin Milli Administrasiyası BMT-nin səs hüququ olmayan müşahidəçisi statusunu qazanacaq.

Digər xəbərlər