PDF Oxu

Dünya

  • 1 118

Danimarka hökumətinə ilk dəfə olaraq qadın başçılıq edib

Danimarka hökumətinə ilk dəfə olaraq qadın başçılıq edib

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ölkə tarixində ilk dəfə olaraq Danimarkanın baş naziri postunu sosial demokratların qadın lideri Helle Torninq - Şmitt tutub. Oktyabrın 2-də Danimarka kraliçası II Marqret Hellen Torninq - Şmitti rəsmi surətdə hökumət başçısı postuna təyin edib. Yeni baş nazir hökumətin tərkibini oktyabrın 3-də müəyyənləşdirib.

Torninq-Şmitt sentyabrın 5-də keçirilən parlament seçkilərində başçılıq etdiyi "Qırmızı Blok" partiyasının liberal-mühafizəkar "Mavi Bloku" üzərində qələbə çaldıqdan sonra hökuməti formalaşdırmaq hüququ qazanıb. Xatırladırıq ki, sol və sol mərkəzçi qüvvələrin sağ koalisiya üzərindəki qələbəsi cüzi fərq hesabına başa gəlib: 86 yer əvəzinə 89 yer. "Mavi Blok" son on il ərzində Danimarkada hakimiyyət başında olub.

Helle Torninq-Şmitt 2005-ci ildən Danimarkanın Sosial- Demokratik Partiyasının lideridir. 2007-ci ildə onun partiyası seçkilərdə uduzduqdan sonra Torninq-Şmitt növbəti seçkilərdə qalib gəlməyi qarşısına məqsəd qoymuşdu. O, başlıca məqsəd kimi qarşısına iqtisadiyyatı stimullaşdırmaq üzrə ölçülər paketi qəbul edəcəyini qoymuşdu. O, həm də atmosferə karbon qazı tullantılarının az miqdarda atılması üzrə ölçülər götürəcəyini bildirmişdir.

Digər xəbərlər