"El Pais" qəzetinin yazdığına görə, Bask separatçıları yeni siyasi partiya yaradıblar. "Amaiur" adı qazanmış partiya 4 kiçik Bask partiyalarının birliyindən yaranıb. Partiyanın rəsmi prezentasiyası oktyabrın 2-də Pamplon şəhərində keçirilib. Basklar bu partiyanı noyabrın 20-də İspaniyada keçiriləcək ümumxalq seçkiləri ərəfəsində yaradıblar. "Amaiur" partiyası 2003-cü ildə İspaniyada qadağan edilmiş ETA separatçı qruplaşmasının siyasi qanadı olan "Batasuna" partiyasını əvəz edəcək. "Assoşieyted Press"in məlumatına görə, "Amaiur" hələ İspaniyanın hakimiyyət dairələrindən seçkilərdə iştirak etmək üçün icazə almalıdır. Sentyabrın 26-da İspaniyanın baş naziri Xose Luis Rodriges Sapatero parlamenti buraxmış və yeni seçkilərin keçirilməsi haqda bəyanat vermişdi. O, ümumxalq seçkilərini 2012-ci ilin martınadək təxirə salmaq hüququnda olsa da, prosesi bir qədər sürətləndirmək qərarı qəbul etmişdir. O, bunu təmsilçisi olduğu Sosialist Fəhlə Partiyasının parlamentdə çox yer itirməməsi ilə əlaqələndirmişdi.
Hazırda İspaniya ağır iqtisadi məqamlar yaşamaqdadır. Ölkədə işsizlərin sayı əhalinin 20 faizi həddindədir. İspaniya əhalisi Sapateronun iqtidar partiyasının yürütdüyü siyasətdən narazıdır. Əhali Xalq Partiyasını dəstəkləyir. Son rəy sorğularına görə, Xalq Partiyasını əhalinin 46 faizindən çoxu dəstəkləyir. Sapatero özünün noyabr seçkilərində iştirak etməyəcəyini bəyan etmişdir. Onun yerinə seçkilərdə ölkənin keçmiş xarici işlər naziri Alfredo Peres Rubalkaba iştirak edəcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...