PDF Oxu

Dünya

  • 1 012

İsrail Fələstinlə danışıqlar aparmaq haqda “kvartet”in təklifini qəbul edib

İsrail Fələstinlə danışıqlar aparmaq haqda “kvartet”in təklifini qəbul edib

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İsrail Fələstinlə danışıqların bərpa edilməsi ilə əlaqədar Yaxın Şərq konfliktinin nizama salınması üzrə "kvartet"in (Rusiya, ABŞ, BMT və Avropa Birliyi) təklifini qəbul edib.

Sentyabrın 23-də təqdim edilmiş təklifin mahiyyəti İsrail və Fələstinin təxirə salmadan danışıqlar stolu arxasına keçmələridir. Ancaq təklifin İsrail və Fələstin tərəfindən qəbulunda fikir dəyişikliyi yaranıb. İsrail hökuməti danışıqlara heç bir əlavə şərt qoyulmadan başlamağa hazır olduğunu bildirib. "İsrail tərəf "kvartet"in təklifi ilə birbaşa danışıqlara başlamağa hər hansı şərt qoyulmadan razıdır. ABŞ prezidenti Barak Obama və İsrailin baş naziri Binyamin Netaniyahu da bu cür təkliflə çıxış etmişdi" deyə məlumatda bildirilir.

Fələstin Milli Administrasiyasının (FMA) rəhbərliyi "kvartet"in təklifini öz mövqelərinin dəstəyi kimi qiymətləndirir. FMA təklif edir ki, danışıqlar İsrailin İordan çayının Qərb sahilində yaşayış məskənlərinin tikilməsi dayandırıldıqdan sonra başlansın.

Digər xəbərlər