PDF Oxu

Dünya

  • 1 125

Türkmənistanda seçkiönü kampaniya başlayıb

Türkmənistanda seçkiönü kampaniya başlayıb

"Türkmənistan.ru" agentliyinin məlumatına görə, Türkmənistanın Mərkəzi Seçki Komissiyası respublikada prezident seçkilərinin keçirilməsi kampaniyasını başladığını bildirib. Türkmənistanda prezident seçkiləri 2012-ci ilin 12 fevralında keçiriləcək. Prezident seçkilərində Qurbanqulu Berdiməhəmmədovla birgə kimin seçkilərdə iştirak edəcəyi məlum deyil.

Türkmənistanın ilk prezidenti Saparmurat Niyazov prezident kürsüsünə 1990-cı və 1992-ci illərdə iki dəfə seçilib. Sonra S.Niyazov Türkmənbaşı titulunu (türkmənlərin atası) qazanıb. O, ölənədək, yəni 2006-ci ilin axırlarınadək prezident postunda qalıb. S.Niyazovu Q.Berdiməhəmmədov əvəz edib. O vaxtadək bu şəxs səhiyyə naziri postunu tutmuşdu. 2007-ci il prezident seçkilərinə Q.Berdiməhəmmədov seçicilərin 90 faizinin səsini qazanmışdı. Buna görə də, o, avtomatik olaraq, ölkənin baş naziri postunu da tutmuşdu.

Digər xəbərlər