PDF Oxu

Dünya

  • 1 105

Suriyada 3 min nəfər həbs edilib

Suriyada 3 min nəfər həbs edilib

"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Suriyanın hərbi dairələri üsyankar Rastan şəhərində 3 min nəfərdək adamı həbs ediblər. Müxalifətçilərin dediklərinə görə, həbs edilənlər sement zavodu və idman mərkəzində saxlanılırlar. "Əl-Cəzirə" telekanalı bu faktı təsdiqləyir.

Oktyabrın 2-də hökumət qoşunları bir neçə həftə ərzində üsyançıların nəzarəti altında olan Rastan şəhərini hücumla ələ keçirmişlər. Müxalifətçilər onlarla adamın öldürüldüyünü bildirirlər. Bəşər Əsəd tərəfdarları bir neçə həftə ərzində ağır artilleriyadan şəhərə atəş açıblar. Şəhərdə elektrik enerjisi kəsilib, su ehtiyatı dayandırılıb. Nəhəng Homs şəhəri də aktiv müqavimət göstərməkdədir.

Bəşər Əsəd rejiminə qarşı etiraz aksiyaları 2005-ci ilin mart ayının axırlarında başlanmışdır. BMT-nin məlumatına görə, 6 aylıq küçə döyüşləri nəticəsində 3 min nəfərə yaxın adam həlak olmuşdur.

Digər xəbərlər