PDF Oxu

Dünya

  • 1 565

Türkiyədə kürdlərin kütləvi həbsləri başlayıb

Türkiyədə kürdlərin kütləvi həbsləri başlayıb

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Türkiyənin hüquq-mühafizə orqanı əməkdaşları oktyabrın 4-də səhər kürd əsilli vətəndaşların Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əməkdaşlığı ilə əlaqədar təhqiqata başlamışlar. İstanbulda keçirilən əməliyyat nəticəsində 83 nəfər həbs edilib.

Ölkənin cənub-şərqində yerləşən Diyarbəkirdə 31 nəfər həbs olunub. Əslən kürdlərin yaşadıqları Qaziantep məntəqəsində 20 nəfər polis məntəqəsinə gətirilib. Diyarbəkirdə həbs edilənlərin sayı arta bilər. Çünki orada əməliyyatlar davam etdirilməkdədir.

Hüquq təşkilatlarının məlumatına görə, Türkiyədə 2500 nəfərdən çox kürd həbsxanaya salınıb. Onlardan 5 nəfəri kürdləri təmsil edən Sülh və Demokratiya Partiyasının deputat nümayəndələridir. Son vaxtlar kürd silahlı dəstələri ilə Türkiyə hakimiyyətinin münasibətləri gərginlik həddinə çatıb. Ankarada və Antaliyada baş vermiş iki terror aktından sonra Türkiyə hökuməti genişmiqyaslı hərbi əməliyyata başlayıb.

Digər xəbərlər