PDF Oxu

Dünya

  • 963

Əhmədinejad Türkiyə üzərinə hücuma keçdi

Əhmədinejad Türkiyə üzərinə hücuma keçdi

İran prezidenti Mahmud Əhmədinejad Türkiyə rəhbərliyini öz ərazisində NATO radiolokasiya sistemi yerləşdirməyə icazə vermək istəyini kəskin tənqid edib. Əhmədinejad "BBC" televiziyasına müsahibəsində bildirib ki, bu radar İsrailin İranla mümkün hərbi münaqişəsi zamanı onun qorunmasına yönəlib: "Bu raket sistemi sionist rejimin qorunmasına yönəlib." Türkiyə ərazisində RLS-in quraşdırılması barədə bəyannamə sentyabrın 14-də imzalanıb. Onun Malatya bölgəsində quraşdırılması gözlənilir. İran prezidenti əlavə edib ki, onun hökuməti narazılığını türk rəhbərliyinə çatdırıb. "Biz türk dostlarımıza bildirmişik ki, onlar düzgün olmayan qərar qəbul etməklə özlərinə ziyan vurublar. Halbuki, heç bir sədd sionist rejimin məhv olmasının qarşısını ala bilməyəcək" - deyə əlavə edib.

Digər xəbərlər