PDF Oxu

Dünya

  • 950

Qəzzafinin gizləndiyi ev tapıldı

Qəzzafinin gizləndiyi ev tapıldı

Liviya Milli Keçid Şurasının əsgərləri eks-lider Müəmmar Qəzzafiyə məxsus olduğu güman edilən evə daxil olublar. Bu, Qəzzafinin anadan olduğu Sirt şəhərinin cənubunda Abu Habi adlanan kənddir. Evdə Qəzzafinin xoşladığı bədəvi çadırı tapılıb. Bundan başqa evin içində Qəzzafinin istifadə etdiyi bəzi əşyalar aşkarlanıb. Qeyd edək ki, Şuranın döyüşçüləri bazar ertəsi adıçəkilən kəndi ələ keçirdiklərini bəyan ediblər. Kəndin Milli Keçid Şurası tərəfindən ələ keçirilməsi strateji əhəmiyyət kəsb edir. Çünki belə olduğu təqdirdə Qəzzafiyə sadiq döyüşçülərin əsas təchizat marşrutu bağlanmış olur.

Digər xəbərlər