Rusiya BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamənin qəbuluna imkan verməyib. Bu ölkənin qurumdakı daimi nümayəndəsi veto hüququndan istifadə edib. Qətnamə layihəsində Suriyada müxalifətin etirazlarının yatırılmasının davam edəcəyi təqdirdə bu ölkəyə qarşı sanksiyaların tətbiqi nəzərdə tutulurdu. Təhlükəsizlik Şurasına üzv olan Avropa ölkələri tərəfindən hazırlanan qətnamə layihəsinin 9-cu maddəsinə görə, Suriya hakimiyyəti 30 gün ərzində ölkədə zorakılığın dayandırılması ilə bağlı tələbləri yerinə yetirməsə, rəsmi Dəməşqə qarşı sanksiyalar tətbiq edilə bilər.
Rusiya tərəfi isə Suriyaya qarşı sanksiya hədələrini yolverilməz sayır. Rəsmi Moskva hesab edir ki, Liviya ilə bağlı səhvləri təkrarlamaq olmaz. Rusiyaya veto məsələsində Çin də dəstək verib. Bu, 2008-ci ildən sonra ilk Rusiya-Çin müştərək vetosudur. Üç il əvvəl bu ölkələr BMT-nin Zimbabvedə Robert Muqabe rejiminə qarşı sanksiyalarının qəbuluna imkan verməmişdilər. Qeyd edək ki, Suriyada hakimiyyət əleyhinə etirazlar martın ortalarında başlayıb. BMT-nin məlumatına görə, indiyədək baş verən toqquşmalar nəticəsində 2700-ə yaxın mülki şəxs ölüb.
ABŞ Rusiya və Çinin əməlini pislədi
ABŞ Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasının Suriyanı kəskin tənqid edən son qətnamə layihəsini qəbul etməmələrini pisləyib. ABŞ-ın BMT-dəki daimi üzvü Suzan Rays deyib ki, Təhlükəsizlik Şurası Suriyadakı hadisələrlə bağlı regionda artan təhlükəsizlik qorxusunu nəzərə almayıb. Rays deyib ki, hətta bəzi ölkələr Suriya rejimi ilə silah alveri etməyə üstünlük verir. Bundan öncə Rusiya və Çindən olan diplomatlar elan ediblər ki, Suriyaya qarşı sanksiya tətbiqinə qarşı çıxırlar və tələb ediblər ki, sənədə ölkənin daxili işinə qarışmamaqla bağlı müddəa salınsın.
Öz növbəsində Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan isə Bəşər Əsədin atası Hafiz Əsədin Suriyaya rəhbərlik etdiyi dönəmi xatırlayaraq o vaxt Həma və Homsda törədilən qətllərdən danışıb: "Görürsünüz, bunlar bu an yenidən gündəmə gəlir. Biz bunları heç gözləmirdik. Amma çox təəssüf ki, belə bir gediş 910 kilometr sərhədi olan Türkiyəni ciddi mənada üzüb, çünki qohumluq bağlarımız var".
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...