Ödəyicilik qabiliyyətini itirmiş Yunanıstanın düşdüyü maliyyə böhranı və bununla bağlı Avropada yaranmış gərginlik, avro ətrafında dolaşan spekulyasiyalar avrozonaya qoşulmaq istəyən ölkələrin qarşısında ciddi maneəyə çevrilmişdir.
Avrozonada davam edən böhran fonunda Avropa İttifaqının yeni üzvləri Bolqarıstan və Çexiya yaxın gələcəkdə milli valyutalarını avro ilə əvəz etməyə cəhd göstərməyəcəklər. Bu fikir Çexiyanın Baş naziri Petr Neças ilə onun bolqar həmkarı Boyko Borissov arasında keçirilmiş məsləhətləşmələrdə səsləndirilmişdir. Almaniyanın DPA agentliyinin yaydığı məlumata görə, hər iki ölkə borc içində olan bir birliyə qoşulmaq niyyətində deyildir. Avrozonada hadisələrin inkişafını yaxından izləyəcəklərini bəyan edən hökumət başçıları, eyni zamanda, ölkələrinin səmərəli büdcə siyasəti yürüdəcəyini bildirmişlər.
Çexiya 2004-cü, Bolqarıstan isə 2007-ci ildən Avropa İttifaqının üzvdür. Hər iki ölkə Aİ-yə üzv olarkən avroya keçəcəklərini elan etsələr də, bununla bağlı konkret və icbari müddət yoxdur. Hazırda avrozona 17 Avropa İttifaqı ölkəsini əhatə edir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...