Anspress xəbər verir ki, Əfqanıstanda prezident Həmid Kərzayın öldürülməsi məqsədilə sövdələşmənin qarşısı alınıb. Milli Təhlükəsizlik İdarəsinin nümayəndəsi bildirib ki, saxlanılan 6 nəfərin hamısı "Əl Qaidə" və Pakistanda yerləşən "Hakkani" qruplaşması ilə əlaqəlidir. Həbs edilənlər Prezident sarayının təhlükəsizlik xidmətinin əməkdaşı, Kabil Tibb Universitetinin mikrobiologiya kafedrasının müdiri, universitetin üç tələbəsi və bir nəfər Kabil vətəndaşıdır.
Əfqanıstan xüsusi xidmət orqanlarının məlumatına görə, qruplaşma Vaşinqton və Nyu-Yorkda terror aktları planlaşdırırmış. Qeyd edək ki, Əfqanıstan prezidenti Həmid Kərzay hazırda Hinidstanda səfərdədir. Son aylar ərzində Əfqanıstan prezidentinin bir neçə yaxın adamı, o cümlədən, eks-prezident, milli barışıq üzrə komissiyanın rəhbəri Burhanəddin Rəbbani qətlə yetirilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...