PDF Oxu

Dünya

  • 1 102

İspaniyanın nüfuzlu KİV-ləri Azərbaycanın turizm imkanları ilə bağlı materiallar dərc edəcəklər

İspaniyanın nüfuzlu KİV-ləri Azərbaycanın turizm imkanları ilə bağlı materiallar dərc edəcəklər

Azərbaycan Respublikası və İspaniya Krallığı arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi və ölkəmizin turizm imkanlarının təbliğ olunması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 9-dək İspaniyanın nüfuzlu kütləvi informasiya vasitələri müxbirlərinin respublikamıza press-turu təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ispaniyalı jurnalistlər üçün Bakı, Naftalan şəhərləri, İsmayıllı, Qəbələ və Şəki rayonları üzrə mədəni və tarixi abidələrə, mehmanxanalara, muzeylərə, görməli yerlərə və digər obyektlərə press-turlar təşkil ediləcək. Press-turun nəticəsi olaraq Azərbaycana səfər etmiş jurnalistlər tərəfindən İspaniyanın qəzet və jurnallarında ölkəmizlə bağlı silsilə məqalələrin dərci nəzərdə tutulur.

Digər xəbərlər