PDF Oxu

Dünya

  • 1 003

Türkiyədə İçkeriya Şəriət Məhkəməsinin başçısına edilən sui-qəsd cəhdinin qarşısı alınıb

Türkiyədə İçkeriya Şəriət Məhkəməsinin başçısına edilən sui-qəsd cəhdinin qarşısı alınıb

Türkəyədə nəşr edilən "Sabah" qəzetinin yazdığına görə, İstanbulda tanınmamış İçkeriya Respublikası Beynəlxalq Şəriət Məhkəməsinin başçısı Şamsuddin Batukayevin həyatına qarşı edilən sui-qəsd cəhdinin qarşısı alınıb. Qəzetin yazdığına görə, hadisədə şübhəli bilinən iki nəfər etnik çeçen saxlanılıb. 26 yaşlı sui-qəsdçi Bəhram Batumayev oktyabrın 7-də Ş.Batukayevin yaşadığı mənzilə yaxınlaşaraq, müəyyən dini məsələlərə aid məşvərət keçirmək arzusunda olduğunu bildirərkən, qəflətən cibindən səs boğucusu olan tapança çıxarıb və şəriət məhkəməsinin başçısının mühafizəçiləri tərəfindən tərksilah edilib. Üzərində Rusiya pasportu gəzdirən həmin şəxs Türkiyə polisinə təqdim edilib. Bəhramın mehmanxana nömrəsində axtarış aparan polis orada Ş.Batukayevin evinin sxemini tapıb. İstintaq zamanı B.Batumayev ona silah ötürən Uvays Əhmədovun adını çəkib. Polis həmin şəxsi də həbs edib.

Türkiyədən sığınacaq almış Ş.Batukayev hakimiyyət dairələrindən burada yaşayan çeçenlərdən qorunmasını tələb edib. Sentyabrın 16-da İstanbulun Zeytunburnu bölgəsində Rusiya əleyhinə mübarizə aparan Şamil Basayevin dəstəsinin 3 çeçen döyüşçüsü öldürülmüşdü. 2010-cu ilin dekabrında Rusiyanın kütləvi informasiya vasitələri 1990-cı illərdə Aslan Məshədovun İçkeriya Şəriət Məhkəməsinə başçılıq edən Ş.Batukayevin vətənə qayıtmaq istədiyini yazmışdılar.

Digər xəbərlər