PDF Oxu

Dünya

  • 1 101

İsrail-Fələstin konfliktinin nizama salınmasında Salvador hökuməti vasitəçi olacaq

İsrail-Fələstin konfliktinin nizama salınmasında Salvador hökuməti vasitəçi olacaq

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas Salvadora rəsmi səfəri çərçivəsi dairəsində ölkə prezidenti Maurisio Funesdən xahiş edib ki, Fələstin və İsrail arasında keçiriləcək "son danışıqlarda" vasitəçilik missiyasını öz üzərinə götürsün. Yerli "El Diario de Noy" qəzetinin yazdığına görə, M.Abbas xahişini Salvador prezidentinin yüksək şəxsi keyfiyyətlərinin olduğu ilə əlaqələndirib. M.Funes, öz növbəsində, təmsilçisi olduğu ölkənin Yaxın Şərq regionunda konfliktin dinc yolla nizamlanmasında iştirak etməyə hazır olduğunu bildirib. Son vaxtlar İsrail-Fələstin danışıqlarında, əsasən, ABŞ, Rusiya, Avropa Birliyi və BMT nümayəndələrindən ibarət "dördlük" iştirak edir. Əvvəllər vasitəçi rolunda Misir və eləcə də, digər ölkələr iştirak edib.

Fələstin lideri dəfələrlə bəyan edib ki, İsraillə danışıqlara ilkin şərtlər çərçivəsində gedə bilər. O, fələstinlilərin İordan çayının Qərb sahilində yəhudilər üçün tikilən evlərin qarşısının alınmasını təklif etdiklərini bildirir. İsrail bu şərtləri qəbul etmir.

"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, Salvador prezidenti M.Funes əmin olduğunu ifadə edib ki, tezliklə Fələstin dövləti BMT-yə üzv dövlətlər siyahısında təmsil olunacaq. Xatırladırıq ki, Salvador hökuməti bu ilin 25 avqustunda Fələstinin müstəqilliyini rəsmi surətdə tanıdığını bəyan edib.

Fələstin dövlətinin müstəqilliyinin tanınması haqqında məktub BMT-yə sentyabrın 23-də təqdim edilib. Analitiklər belə hesab edirlər ki, Fələstinin müstəqilliyi məsələsi BMT-nin Təhlükəsizlik Şurasında öz təsdiqini tapmayacaq. Çünki ABŞ prezidenti dəfələrlə bəyan edib ki, öz veto hüququndan istifadə edəcək. Ancaq BMT-nin Baş Assambleyasının üzvlərinin əksəriyyətinin lehinə səs verəcəyi təqdirdə, Fələstin təşkilatda müstəqil dövlət statusu qazana bilər.

M.Abbas təmsilçisi olduğu ölkənin BMT-nin müstəqillik qazanması ərəfəsində Latın Amerikası ölkələrinə səfər etmək niyyətindədir. Bu ərəfədə M.Abbas Dominikan Respublikasına ikigünlük səfər edib və orada ölkə prezidenti Leonel Fernandeslə Yaxın Şərq məsələsini müzakirə edib. Onun növbəti səfəri Kolumbiyaya olacaq.

Digər xəbərlər