"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, Sosialist Partiyasının Fransa prezidentliyə namizədi ikinci tur seçkilərində müəyyən ediləcək. Oktyabrın 9-da keçirilmiş birinci tur seçkilərində prezidentliyə namizədliklərini irəli sürmüş siyasətçilərdən heç biri 50 faiz də səs qazanmadı.
Partiyanın birinci tur seçkilərində (praymeriz zamanı) mübarizə 6 sosialist namizəd arasında gedirdi. İctimai rəy sorğusunun nəticələrinə görə, seçkilərdə Sosialist Partiyasına əvvəllər başçılıq etmiş Fransua Olland və partiyanın hazırkı lideri Martin Obri liderlik edirdi. Praymerizin ilkin nəticələrinə görə, seçkilərin ikinci turunda da mübarizə bu iki şəxs arasında gedəcək. Xatırladırıq ki, F.Olland birinci tur seçkilərində 39, M.Obri isə 31 faiz səs qazanmışdı. Praymerizin ən gözlənilməz nəticələrindən biri Fransa parlamentinin deputatı Arno Monteburun cəmi 17 faiz səs qazanması olmuşdu. İkinci tur seçkilərində Nikolya Sarkozinin keçmiş rəqibi Seqolen Rualın üçünücü yeri tutacağı gözlənilir. Seçkilərin birinci turunda bu xanım cəmi 7 faiz səs qazanmışdı.
Sosialist Partiyasının ikinci turu oktyabrın 16-da keçiriləcək. Ekspertlərin gəldiyi qənaətə görə, bu seçkilərin favoriti qalib hesab ediləcək. Hazırda Fransa prezidenti olan N.Sarkozi əhali arasında populyarlıq reytinqinə görə, F.Ollanddan geri qalır. Fransada prezident seçkiləri 2012-ci ilin aprelində keçiriləcək. F.Olland və ya M.Obrinin seçkilərdə qalib gələcəyi təqdirdə, son 17 il ərzində ilk dəfə olaraq, sosialistlər prezident postunu qoruyub saxlamalı olacaqlar.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...