PDF Oxu

Dünya

  • 979

Bağdadda bir neçə partlayış törədilib

Bağdadda bir neçə partlayış törədilib

"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Bağdadın qərb hissəsində baş vermiş üç partlayış nəticəsində ən azı 10 nəfər həlak olmuş, 20 nəfərə yaxın adam yaralanmışdır. İlk partlayıcı qurğu oktyabrın 10-da axşam şəhərin şiə kvartallarından birində işə düşmüşdür. İkinci partlayıcı qurğu isə birincinin baş verdiyi ərazi yaxınlığında bir neçə dəqiqədən sonra partlamışdır.

"Frans Press"in məlumatına görə, həmin ərazidə baş vermiş iki partlayış nəticəsində 9 nəfər ölmüşdür. Agentlik Bağdadın başqa hissələrində daha üç partlayışın baş verdiyini, ancaq onların insan itkisinə səbəb olmadığını bəyan edir.

Son bir neçə ay ərzində İraqda mütəmadi olaraq terror aktları törədilir. Son böyük partlayışlar seriyası sentyabrın 25-də Kərbəla şəhərində baş vermişdi. O vaxt 10 nəfərə yaxın insan həlak olmuş, 30 nəfərdən çox adam isə yaralanmışdı. Yalnız avqust və sentyabr aylarında İraqda 424 nəfər həlak olmuşdu.

Digər xəbərlər