PDF Oxu

Dünya

  • 899

Slovakiyada siyasi böhran avrozonanın xilasını təhlükə altına alıb

Slovakiyada siyasi böhran avrozonanın xilasını təhlükə altına alıb

Slovakiyanın iqtidar koalisiyası, hələlik, Avropa sabitlik fondu vəsait həcminin artırılması (EFSF) haqda səlahiyyətlərin genişləndirilməsini nəzərdə tutan müqavilənin ratifikasiyası haqda ümumi nəticəyə gələ bilməyib. "Qardian" qəzeti yazır ki, bundan sonra slovaklar ölkədə mövcud olan ciddi maliyyə böhranı şəraitində avrozonanın xilası prosesinin qapanmasını çətin ki, aradan qaldırmağa nail olsunlar. Azadlıq və Həmrəylik Partiyasının başçısı Rixard Sulik ratifikasiya əleyhinə danışmışdır. Onun dediyinə görə, köhnə borcu ödəmək üçün yeni borca girmək "cəhənnəmə gedən yolun" başlanğıcıdır. R.Sulik parlament səsverməsi zamanı ratifikasiyanı blokadaya alacağını bildirib. Azadlıq və Həmrəylik Partiyasının ratifikasiyanı dəstəkləməkdən imtina edəcəyi təqdirdə, hökumət koalisiyası keçmiş baş nazir Robert Fitsonun başçılıq etdiyi müxalifətçi Sosial-Demokratik partiya ilə koalisiya yaratmağa məcburdur. R.Fitso prinsip etibarilə ratifikasiya əleyhinə deyildir, ancaq növbədənkənar parlament seçkilərinin keçiriləcəyi təqdirdə, ölkənin ən yüksək orqanında qüvvələr münasibətinin kardinal tərzdə dəyişməsindən ehtiyat etdiyini bildirir.

Digər xəbərlər