"Frans Press" informasiya agentliyinin Kolumbiyada rəsmi səfərdə olan Fələstin lideri Mahmud Abbasın verdiyi bəyanata əsaslanaraq, yaydığı məlumata görə, Fələstin Milli Administrasiyası (FMA) "istənilən vaxt" İsraillə danışıqlar aparmağa hazırdır.
Bir müddət əvvəl isə xəbər verilirdi ki, İsrail tərəf Yaxın Şərq konfliktinin nizamlanması üzrə Kvartetin (Rusiya, ABŞ, BMT və Avropa Birliyi) Fələstinlə danışıqları bərpa etmək haqda təklifini qəbul edib. "Röyters"in məlumatına görə, İsrailin baş naziri Binyamin Netaniyaqu Avropa Birliyi diplomatik təşkilatının başçısı Ketrin Eştona bildirmişdi ki, M.Abbasla "istənilən vaxt" görüşüb danışıq aparmağa hazırdır. Agentlik belə hesab edir ki, az qala bir il əvvəl danışıqları dondurmuş İsrail tərəfin hansısa konkret razılıq əldə edəcəyini gözləmir.
FMA rəhbərliyi dəfələrlə İsraillə danışıqlara hazır olduğunu bildirmişdi. Ancaq onların ilkin şərt irəli sürmələri qarşı tərəfi heç vaxt təmin etməmişdi. Fələstin tərəf ilkin şərt kimi İordan çayının Qərb sahilində yəhudi məskənlərinin tikintisini dayandırmağı irəli sürürdü. İsrail isə bu təklifi qəbul etmirdi. Tərəflərin danışıqlar stulu arxasına keçmək maraqları İsraillə Fələstin arasında münasibətlərin gərginləşməsi fonunda özünü göstərmişdi. Fələstin tərəf sentyabrın sonuncu ongünlüyündə BMT-yə təqdim etdiyi məktubda ölkənin müstəqilliyinin təsdiq edilməsini xahiş etmişdir. ABŞ və İsrail M.Abbasın təklifinin əleyhinə çıxır. B.Obama belə hesab edir ki, FMA-nın müstəqillyi məsələsi yalnız İsraillə ikitərəfli danışıqlarda müəyyənləşdirilə bilər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...