"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, oktyabrın 11-də İsrail hökumətinin keçirdiyi fövqəladə yığıncaqda 2006-cı ildə əsir götürülmüş ordu kapralı Gilad Şalitin 1027 Fələstin məhbusu ilə dəyişilməsi planı qəbul edilib. "Frans Press"in məlumatına görə, plan 26 nazir tərəfindən dəstəklənib, əleyhinə İsrailin xarici işlər naziri Aviqdor Libermanın da daxil olduğu 3 nəfər səs verib. "HƏMAS" lideri Xaled Maşalın dediyinə görə, ilk olaraq, bir həftə ərzində İsrail həbsxanalarından 450 fələstinli məhbus çıxarılacaq, qalanları isə iki ay sonra azad ediləcək. İsrailin baş naziri Binyamin Netaniyaqu G.Şalitin yaxın günlərdə ailəsinə qovuşacağına əminliyini ifadə etmişdir. Bəzi məlumatlara görə, "HƏMAS" və İsrail nümayəndələri arasında danışıqlarda Misir hökuməti vasitəçilik edir. "Haaretz" qəzetinin yazdığına görə, ilkin mərhələdə buraxılacaq 450 məhbusun 280 nəfəri ömürlük həbs cəzasına məhkum edilmişlərdir. Əhməd Saadat və Marvan Barquti kimi tanınmış Fələstin məhbusları azadlığa buraxılmayacaq.
G.Şalitin doğmaları belə ciddi bir qərara görə B.Netaniyahu hökumətinə öz dərin təşəkkürlərini bildiriblər. Minlərlə fələstinli küçələrə çıxaraq, məhbusların azadlığa çıxmasını alqışlarla qarşılamışlar.
Xatırladırıq ki, G.Şalit "HƏMAS" üzvləri tərəfindən 2006-cı ilin 25 iyununda girov götürülmüşdü.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...