"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, polis Moskvanın Triumfal meydanında sanksiyasız etiraz aksiyası keçirmək istəyən 50 nəfəri həbs edib. Məlumatı agentliyə qeydiyyata götürülməmiş "Druqaya Rossiya" partiyasının nümayəndəsi Aleksandr Averin ötürüb. Moskva polisinin mətbuat xidməti 15 mitinqçinin həbs edildiyini bəyan edib. Mitinqçilər etiraz aksiyalarına "Müxalifətsiz seçkilər - cinayətdir!" şüarı ilə çıxıblar. Onlar hazırlamış olduqları vərəqələri küçələrə səpələyərək, bir-birilərinin əllərindən tutmuş və oturaq aksiyalarını səkilərdə davam etdirmişlər. Polis onları dağılışmağa çağırıb. Mitinqçilər yerlərindən tərpənmədikdə, polis həbslərə başlayıb.
Mitinqlərdə "Druqaya Rossiya" partiyasından başqa, "Solidarnost", "Oborana", "Levıy Front", eləcə də, digər partiyaların nümayəndələri iştirak edib. Bir çox nəşrlərin yazdıqlarına görə, həbslər başlanarkən, polis bir neçə mitinqçini əzişdirməyi də unutmayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...